İslamiadada: Azərbaycan atıcısı 4-cü dəfə qızıl medal qazanıb

img

16-05-2017 [16:15]


Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 28 yaşlı idmançı bu dəfə kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada fərqlənib.

O, 240,7 xalla 1-ci yeri tutub. Türkiyəli Yusuf Dikeç 239,7 xalla 2-ci, pakistanlı Muhammad Şehzad Axtar 218,6 xalla 3-cü olub.

Qeyd edək ki, bu, Ruslan Lunyovun İslamiadada 4-cü qızıl medalı olub.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA