15-05-2017 [21:45]
Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 4-cü gününü 18 medalla başa vurub.
İdmançılarımız bu gün 9 qızıl, 6 gümüş və 3 bürünc mükafat əldə edib.
Bu medallardan 10-u idman gimnastikasında qazanılıb. Cüdo, atıcılıq, üzgüçülük və atletikada də təmsilçilərimiz uğur əldə etməyi bacarıb.
Bense Talas (idman gimnastikası, dəstəli at və turnik) bir gündə iki çempionluq yaşayıb. Ondan başqa Murad Ağarzayev (idman gimnastikası, sərbəst hərəkətlər), Anastasiya İbrahimli (ağır atletika, 69 kq), Ruslan Lunyov (idman gimnastikası, standart tapança, 25 metr), qarışıq komanda halında səngər stendi (Aydan Camalova, Əli Hüseynli), cüdo üzrə kişilərdən ibarət yığma (Orxan Səfərov, Rüstəm Orucov, Rüfət İsmayılov, Məmmədəli Mehdiyev, Uşanqi Kokauri, Nicat Şıxəlizadə, Elxan Məmmədov), Maksim Şemberev (üzgüçülük, kompleks üsulla 400 m), Yuliya İnşina (idman gimnastikası, sərbəst hərəkətlər) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Marina Nekrasova (idman gimnastikası, gimnastika atı və dayaqla tullanma) iki gümüş medala yiyələnibsə, Yekaterina Tişkova (idman gimnastikası, müxtəlif hündürlüklü qollar), Bense Talas (idman gimnastikası, halqalar), cüdo üzrə qadınlardan ibarət yığma (Nəzakət Əzizova, İçhinkotloo Munxtsedev, Xanım Hüseynova, Gülsədəf Kərimova, İrina Kindzerska, Kifayət Qasımova, Buyanxişiq Purevsuren) və Nurlana Cəfərova (atıcılıq, dairəvi stend) bir dəfə ikincilik sevinci yaşayıb.
Yuliya İnşina (idman gimnastikası, gimnastika atı), Timur Bayramov (idman gimnastikası, paralel qollar) və Elnurə Abbasovanın (ağır atletika, 63 kq) qazancı isə bürünc mükafat olub.
Bununla da yığmamızın İslamiadadakı ümumi qazancı 68 medala çatıb. 33 qızıl, 23 gümüş və 12 bürüncü olan Azərbaycan millisi iki gün lideri olduğu komanda hesabında 2-ci pilləyə enib. Zirvəyə isə qonşu Türkiyə yüksəlib.
Ümumilikdə isə indiyədək 100 medal dəsti sahibini tapıb. 24 ölkə mükafat, 14-ü çempionluq sevinci yaşayıb.
Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Türkiyə | 35 | 31 | 26 | 92 |
2 | Azərbaycan | 33 | 23 | 12 | 68 |
3 | Özbəkistan | 6 | 6 | 18 | 30 |
4 | İndoneziya | 5 | 13 | 14 | 32 |
5 | İran | 5 | 8 | 11 | 24 |
6 | Əlcəzair | 4 | 9 | 11 | 24 |
7 | Misir | 3 | 2 | 5 | 10 |
8 | İordaniya | 3 | 0 | 2 | 5 |
9 | Türkmənistan | 1 | 2 | 2 | 5 |
10 | Qətər | 1 | 1 | 4 | 6 |
11 | Banqladeş | 1 | 1 | 0 | 2 |
12-13 | Qırğızıstan | 1 | 0 | 3 | 4 |
Tunis | 1 | 0 | 3 | 4 | |
14 | Səudiyyə Ərəbistanı | 1 | 0 | 1 | 2 |
15 | Pakistan | 0 | 2 | 2 | 4 |
16 | Suriya | 0 | 1 | 2 | 3 |
17 | Oman | 0 | 1 | 1 | 2 |
18 | Qazaxıstan | 0 | 0 | 2 | 2 |
19-24 | Fil Dişi Sahili | 0 | 0 | 1 | 1 |
Kamerun | 0 | 0 | 1 | 1 | |
İraq | 0 | 0 | 1 | 1 | |
Livan | 0 | 0 | 1 | 1 | |
Mərakeş | 0 | 0 | 1 | 1 | |
Birləşmiş Ərəb Əmirliyi | 0 | 0 | 1 | 1 | |
Cəmi | 100 | 100 | 125 | 325 |
APA
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb