Azərbaycan İslamiadada daha 2 qızıl medal qazandı

img

15-05-2017 [14:46]


Bakıda keçirilən IV İslam Oyunlarının ağır atletika yarışlarında idmançımız Anastasiya İbrahimli qızıl medal qazanıb.

Bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə və Anastasiya İbrahimli medal mübarizəsi aparıblar.

Fidan birdən qaldırma hərəkətində 69 kq, təkanla qaldırma hərəkətində isə 88 kq-ı ram edib. Toplam 157 kq (69+88) nəticə göstərən atletimiz bu çəkidə 7-ci yeri tutub.

Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırıb.

Toplam 219 kq (100+119) nəticə göstərən A.İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxıb.

A.İbrahimli İslam Həmrəyliyi Oyunları tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb.

Təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.

Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA