15-05-2017 [13:24]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində MTN-də yüksək vəzifə tutmuş və hazırda xidmətlərini DTX-da davam etdirən zabitlər dövlət büdcəsindən mənimsənilən məbləğlərlə bağlı verdikləri ifadələr məlum olub.
APA-nın məlumatına görə, cinayət işi üzə şahid qismində dindirilən Elmar Mehdiyev MTN-in Maliyyə İdarəsinin Xüsusi xərclər şöbəsinin rəisi işləyib, hazırda DTX-nın Maliyyə İdarəsinin Xüsusi xərclər şöbəsinin rəisidir. O bildirib ki, MTN-də əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün nazirliyin Maliyyə İdarəsinin kassasından böyük məbləğdə pullar əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilmiş raportlarla verilib. Həmin raportlar da sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin göstərişi ilə həyata keçirilib.
E. Mehdiyev istintaqa 7 milyon 629 min manat, 1 milyon 834 min dollar və 407 min avronun kassadan götürülməsi barədə kassa məxaric orderlərə və raportlara baxaraq təsdiq edib ki, bu məbləğlər nağd qaydada Maliyyə İdarəsindən verilib: "Pulların hara xərclənməsi haqda heç bir məlumatım yoxdur, çünki həmin vəsaitlərin hara xərclənməsinə və ya kiməsə verilməsinə raportlarda adı yazılan əməkdaşlar cavabdehlik daşıyırlar”.
Bu iş üzrə şahid qismində Maliyyə İdarəsinin rəisi olmuş və hazırda DTX-nın Maliyyə İdarəsinin rəisi olan Rəşad Hüseynov da dindirilib. O bildirib ki, MTN-də bir qayda olaraq, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün böyük məbləğdə pul vəsaitləri əməliyyat strukturlarının rəhbərləri tərəfindən tərtib edilib, raportlarda sabiq nazir Eldar Mahmudov və yaxud onun vəzifələrini icra edən şəxsin pulun ödənilməsi ilə bağlı göstərişinə əsasən həyata keçirilib.
R. Hüseynov ifadəsində istintaqın qeyd etdiyi məbləğdə pulun Maliyyə idarəsinin kassasından E. Quliyevin imzası əks olunmuş raportlar əsasında həmin idarənin müxtəlif əməkdaşları tərəfindən nağd şəkildə götürüldüyünü təsdiqləyib: "Amma pulların hara və kimə xərclənməsi barədə məlumatım yoxdur”.
DTX-nın Maliyyə idarəsinin mütəxəssisi, xəzinədarı Nailə Ağayeva ifadəsində bildirib ki, ləğv edilmiş MTN-nin xəzinədarı kimi vəzifəsi daxil edilmiş mədaxil qəbzləri əsasında xəzinəyə pul vəsaiti qəbul etmək və məxaric qəbzləri əsasında xəzinədən pul vəsaitini ödəmək olub. N. Ağayeva da digər DTX əməkdaşları kimi ləğv edilmiş MTN-in Maliyyə idarəsinin kassasından general E. Quliyevin imzası əks olunmuş raportlar əsasında qeyd edilən məbləğdə pulların nağd şəkildə verilməsini təsdiq edib.
İttiham aktına əsasən, DTX-dan istintaqa bununla bağlı arayış təqdim edilib. Arayış və ona əlavə edilmiş məlumatlardan görünür ki, 2011-2015-ci illərdə əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə xüsusi xərclər smetasından ayrılaraq, keçmiş MTN-in Antiterror Mərkəzinin əməkdaşları tərəfindən Maliyyə idarəsinin kassasından götürülmüş pullardan 6 milyon 363 min 900 manat, 1 milyon 712 min 500 ABŞ dolları və 32 min 800 avro Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli 190-8 saylı qərarı ilə təsdiqlənib, "Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələbləri pozularaq bir sıra hallarda heç bir sənədləşdirmə aparılmadan təyinatı üzrə xərclənməməsi xidməti yoxlama zamanı təsdiq edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi