Cüdoçumuz finala çıxdı - İslamiadada daha bir medal

img

13-05-2017 [13:33]


Azərbaycan cüdoçusu, 52 kq çəki dərəcəsində Nəzakət Əzizova IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda tatami üzərinə çıxıb.

Onun rəqibi Özbəkistan təmsilçisi Diyora Keldiyorova olub. Çətin keçən mübarizədə Azərbaycan idmançısı rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.

Bundan əvvəl N.Əzizova Qabon təmsilçisi Ester Korin Evala Bondima qalib gəlmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA