Küveyt, Sudan və Liviya idmançıları Bakıya gəlmədi - Açıqlama

img

10-05-2017 [16:34]


Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik edilib.

 Əməliyyat Komitəsindən Mia.az-a verilən məlumata görə, Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilərin yarışda iştirakı baş tutmayacaq.
 
İslamiadanın Əməliyyat Komitəsi, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qalıb.
 
Beləliklə, Bakıda 57 deyil, 54 ölkənin iştirakı baş tutacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA