Prezident həmkarını şillələdi - Türkiyədə şok olay + FOTO

img

07-05-2017 [16:20]


"Fənərbaxça" basketbol komandası ilə "Yakındoğu Üniversiteti" klubu arasında bu gün keçirilən oyunda gözlənilməz hadisələr yaşanıb.

Mia.az Türkiyə mediasına istinadən bildiirir ki, oyunda hər iki komandanın rəhbərliyi arasında dava düşüb. Bu zaman "Fənərbaxça" prezidenti Əziz Yıldırım rəqib klubun prezidenti Işık Eyigüngöru şillə ilə vurub. 

Bununla da salon qarışıb, araya polisər girib, hər iki prezidenti ayrı-ayrı yerlərdə otuzdurublar. Həddən artıq əsəbi olan Əziz Yıldırımı güclə sakitəşdiriblər. Baş verən hadisəyə görə, oyun 15 dəqiqə gec başlayıb.

Hadisə ilə bağlı açıqama verən Yıldırım "Görürsüz  elədikləri əxlaqsızlıqları. Oyunçularımızı təhdid edirlər. Bilet istəyirik, vermirlər, salonu "Beşiktaş" tərəfdarı ilə doldurublar. "Beşiktaş"lıların burada nə işi var?! Bu iş burada bitməyəcək", - deyə, üsyan edib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA