Zakir Həsənov türk və gürcü generallarla hərbi təlimdə – FOTO, VİDEO

img

04-05-2017 [19:11]


Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, mayın 4-də "Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri, general-leytenant Mehmet Özoğlunun və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri, polkovnik Zurab Xviçianın rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini izləyiblər.

Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib.

Birgə təlimlərin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA