IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq cüdoçularımız bəlli oldu - SİYAHI

img

04-05-2017 [19:01]


Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasından Mia.az-a verilən xəbərə görə, millimiz İslamiadada 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq.

Kişi cüdoçuların fərdi yarışlarında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi - 100 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) digər cüdoçularımızla birgə yarışacaq.

Qadınların mübarizəsində Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi - 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi - 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) tatami üzərinə çıxacaq. Daha üç cüdoçu - Purevsuren Buyanxişiq (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukavets (70 kq) qadınların komanda yarışları üçün sifariş olunub.

Qeyd edək ki, cüdo yarışları mayın 13-dən 16-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA