Sülh Platformasının nəzdində “Sülh Səfirləri” institutu təsis olundu – Müraciət

img

04-05-2017 [15:19]


Ermənistan-Azərbaycan Sülh Platformasının nəzdində "Sülh Səfirləri” institutu təsis olunub.

Sülh Platformasının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, "Sülh Səfirləri”  Sülh Platformasına üzv olan müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin fəal üzvləridir.

İnstitutun məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq tərəfindən tanınmış prinsip və normaları çərçivəsində Platformanın ideyalarının sürətli yayılması və sülh naminə insan resurslarının fəal və mobil istifadəsində Sülh Platformasına dəstəkdir. "Sülh Səfirləri”nin aşağıdakı hüquq və vəzifələri var:

– Yaşadıqları ölkələrdə Ermənistan-Azərbaycan Sülh Platformasını təmsil etmək, Sülh Platformasının adından danışmaq və təqdimatlar keçirtmək

– Sülh Platforması adından tədbir keçirtmək

– Beynəlxalq ictimaiyyətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini çatdırmaq

– Öz fəaliyyətlərini Sülh Platformasının katibliyi ilə koordinasiya etmək və məsləhətləşmələr aparmaq.

Sülh Səfirləri adına Sülh Platformasının katibliyi tərəfindən hər ölkədən bir nümayəndə seçilir. Sülh Səfirləri Ermənistan-Azərbaycan Sülh Platformasının aktiv üzvləri arasında seçilir. Hazırda 7 müxtəlif ölkədən sülh səfiri təyin olunub. Aureliya Qriqoriu Moldova, Tatyana Krupa Ukrayna, Mişel İvor Belçika, Vitold Oleynik Polşa,  Aleksey Averyaninkov Latviya, Yelena Stankoviç Serbiya, Domeniko Letiziya isə İtaliya üzrə sülh səfiri təyin edilib.  "Sülh Səfiri” olmaq istəyən Sülh Platformasının üzvləri arm.azpeace@gmail.com  ünvanına müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA