Oqtay Şirəliyev uşaq ölümlərinə görə qovulan şöbə müdirini işinə bərpa edib (FOTOFAKT)

img

01-05-2017 [11:29]


Səhiyyə Naziri Oqtay Şirəliyev uşaq ölümlərində ittiham olunan şöbə müdirini işinə bərpa edib.

Zəhra Abbasova yenidən Mirqasımov adına Respublika Klinik xəstəxanasının Doğum Şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, jurnalist Həsən Babayev 2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində qeysəriyyə əməliyyatı zamanı övladının Z.Abbasova tərəfindən öldürülməsi ilə bağlı müraciət yaymışdı. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Həsən Babayevin müraciətinə cavab olaraq bildirilmişdi ki, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA