21-04-2017 [17:14]
Qara zanbaq Əfqanıstan müharibəsində Sovetlərin əsgər cəsədlərini daşıyan üzüqara An-12 təyyarəsinin adı idi. Üzdəniraq təyyarəyə toplanmış metal cəsəd qutuları mənzilbaşına çatdırılar və onların açılması yasaqlanardı.
Yəni həmin dəmir qutular qaynaq edilmiş şəkildə birbaşa torpağa tapşırılardı. Müharibədən sonra illərdir ölü bilinənlərin bəziləri qəflətən evinə də qayıdırdı. Demə, şəxslərin ölü bilinməsinə səbəb nömrələnmiş əsgərlərin hər gün sayılması zamanı hansınınsa olmaması, bir müddət gözlənilməsi, daha sonra ölü bilinərək ailəsinə bu qara xəbəri aparılmasına səbəb olurdu. Yaxınlardan-uzaqlardan eşitmişəm ki, bəzən əsgərin cəsədi tapılmadığından qutulara metal hissəciklər, kərpic, pal-paltar, cın-cındır qoyularaq qapanırdı. Bəzi gətirilən cəsədlər isə elə vəziyyətdə olurdu ki, məsələn, digər cəsədin hissələri, – üç qol, iki tamam fərqli şəxsin parçalanmış başı və.s. olma ehtimalı həmin qutularla ehtiyatlı davranmaq, ən yaxşısı isə açmamaq siqnalını verirdi. Əlqərəz, müharibə dəhşət deməkdir. Və bu dəhşətləri keçən dünyanın yenidən müharibə taktikasına əl atması insanın ağlını başından alır.
Heradotun, Mişel Monten və Nikolo Makiavellinin və.s.lərin kitabları ilə tanış olduqdan sonra məndə qəribə bir baxış bucağı formalaşdı. Bundan öncə hadisələrə müəllif, ədib, pedaqoq, vətəndaş gözüylə baxan mən indi hər şeyə həm də siyasət gözü ilə baxmağa başladım. Qeyd edim ki, məhz bu baxış məndə soyuq bir düşüncə formalaşdırdı. Əvvəllər şəxsimdə mövcud olan emossianallığın, çılğınlığın üzərinə bu kitablar soyuq su tökmüş oldu. Hisslərim soyuqqanlı oldu sanki. Həm də siyasətə boylanmaq üçün açarlar verdi düşüncəmə. Müşahidə etdim ki, hal-hazırda mövcud siyasətçilərin manevrləri belə konkret tarixi şəxsin siyasi idarəetməsi ilə üst-üstə düşə bilir. Keçmişdə baş vermiş problematikanı oxumaqla, siyasətçilərin qəbul etdikləri qərarlarla tanış olduqca və həmin qərarların sonunun nə ilə bitəcəyini oxuyunca həm də qəribə bir qorxu dolurdu canıma.
Tam səmimiyyətimlə söyləyirəm ki, Məsiağa müəllimin müəllifi olduğu "Əfqanıstan” kitabını həyəcanla oxudum. Xüsusilə müasir siyasi arenada baş verən hadisələrin keçmiş və cari təzahürünü Əfqanıstanın fonunda görüncə, acı həqiqətləri, acı reallıqları müşahidə edincə gündəmdə olan Suriyaların, İraqların halına acıdım. Və onların müasir zərbələr nəticəsində nakauta düşdüyünü görüncə Əfqanıstan gerçəkliyində olduğu kimi tezliklə ayağa qalxa bilməyəcəyi həqiqəti məni növbəti dəhşətə giriftar etdi. Əslində, o zamandan bu zamana dünyanın bəzi ağazadə dövlətlərinin birbaşa müdaxiləsindən alovlanan münaqişələrin davamlı tendensiyasını indi də görüncə deməyə sözüm qalmadı. Demək ki, doğrudur, dünya düşmənləri elə eyni dövlətlərdir. Regional hegemonluq, dünyanı bölüşdürmək, ərazilərdə süni çaxnaşmalar yaradaraq hakimiyyətdə olanı diktator elan edib guya xalqların azadlığı, demokratikliyi naminə qol çirməyən konkret qüvvələr indi də eyni siyasi konspektdən istifadə edirlər. Çox qəribədir ki, bu qədər nümunələr gözümüz qarşısında ola-ola hələ də gerçəkləri görə bilmirik, analiz etmə bacarıqsızlığımız bizləri (Şərqi və konkret region nümayəndələrini) qüvvələr əlində əl tulasına çevirir. Üstəgəl, cəmiyyətə birbaşa müdaxilə, şüursuz kütlənin kimlərinsə əlində əl oyuncağına çevrilməsi, dinin (və ya Qərb, o yan, bu yan müdaxilə barmaqları) belə konkret qüvvələrin əlində istəklərini həyata keçirmək üçün vasitə olaraq kullanılması dəhşət yaşadır insana.
Regionlar fərqli, strategiyalar isə eyni. Hədəfdə isə həmişə Şərqdir!
Bu kitab deyərdim ki, siyasəti gerçək gözlə görmək üçün dəqiq koordinatlarla işarələnmiş çertyojdur. "Oxu” və "bil” deməkdir. "Dərk elə” deməkdir. "Anla” deməkdir. Məhz bu kitaba görə Məsiağa müəllimə təşəkkür edirəm.
Kitabla bərabər bir çox mənbələrindən də Əfqanıstan haqqında olan materialları oxudum. Oxuduqca paralellik axtarırdım. Müəllifin obyektiv baxışla, tərəfkeşlik etmədən, həm də qəlb yanğısıyla bizlərə reallığı çatdırmaq çabasını abzas-abzas hiss etdim.
Müasir Azərbaycan oxucusu üçün gərəkli kitabdır "Əfqanıstan”. Bəlkə də, cild-cild yazdığımız ədəbi kitablarımızdan belə üstündür bu kitab. Bu dəyərli mənbə utopik, romantik ab-havadan ayılıb, şoudan uzaqlaşıb, yersiz məişət mövzularından oyanıb dünya gündəmini görmək üçün əlavə göz və əlavə düşüncə verir bizlərə. Oxuyub beyin süzgəcimizdə həzm etməyə dəyər.
Günel Eyvazlı (araşdırmaçı yazar)
Birlik.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi