18-04-2017 [15:38]
AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün martın 23-dək vaxt vermişdi. Xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti hələ də ərazini tərk etməyib.
Mia.az xəbər verir ki, Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az saytına açıqlamasında məsələnin artıq öz məcrasından çıxdığını deyib.
"ANS rəhbərliyi hələ də bizim ərazini tərk etməyib. İş ondadır ki, telefonlarımıza da cavab vermirlər ki, məsələnin nə yerdə qaldığını dəqiqləşdirə bilək. ANS rəhbərliyinin gətirdiyi bəhanələr çoxdan qurtarıb. Əvvəllər 2 həftədən bir olsa da, telefon əlaqələri mümkün olurdu. İndi isə çox absurd situasiya yaranıb. "Elm haqqında” Qanuna görə yeni təsdiqlənmiş nizamnaməmiz var. Artıq ərazimizi icarəyə də verə bilərik. Qanun çərçivəsində sahibkarlıq fəaliyyəti də göstərə bilərik. Zoologiya mərkəzi yaratmışıq. Digər işlər də həyata keçirə bilərik. Amma qarşı tərəf ərazini boşaltmaqla bağlı heç bir təşəbbüs göstərmir. Heç nə başa düşmürük. Əmlaklarını götürüb getmirlər ki, işimizi bilək”.
İnstitut direktoru deyir ki, yaxın vaxtlarda ANS-ə rəsmi məktub yazılacaq.
"Səbrin də bir limiti var. Düşünürəm ki, 10 gün də dözək, sonra əməli işə keçmək olar. 10 gündən sonra rəsmi məktub yazacağıq. Güman ki, onların ev ünvanları var. Ev ünvanlarına bildiriş yazıb göndərəcəyik ki, 10 gün ərzində gəlib əşyalarını götürüb getsinlər. Əgər getməsələr, bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapılar açıb ANS-in əşyalarını bayıra çıxaracaq, sonra da qapıları özümüz bağlayacağıq. Başqa variantımız yoxdur”.
Xatırladaq ki, telekanalın qapadılmasına səbəb ötən ilin iyununda Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.
Müsahibədən sonra "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
O vaxtdan ANS-in yerləşdiyi binanın giriş qapısı bağlanıb, möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir.
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...