Kamran Ağayevi komandadan kənarlaşdırdılar - Portuqaliya komandasından açıqlama

img

17-04-2017 [21:46]


Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin "Boavişta”dan kənarlaşdırılması təsdiqlənib.
 
Bu xəbəri Portuqaliya klubunun rəsmi facebook səhifəsi yayıb.
 
Pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
 
Bununla da martın 26-da keçirilən Azərbaycan – Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, "Boavişta” rəsmi məlumat yaymamışdı.

APAsport.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA