13-04-2017 [22:23]
Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə hazırladığı və Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş sənədli filmin Gürcüstanda təqdimatı keçirilib.
Mətbuat Şurasından Mia.az-a verilən məlumata görə, soydaşlarımızın kompakt məskunlaşdıqları Marneuli rayonunda düzənlənmiş mərasimdə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toplantını Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva açıb.
Tədbirdə çıxış edən deputat Əflatun Amaşov Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən söz açıb.
O bildirib ki, hər iki xalqı ortaq dəyərlər birləşdirdiyi kimi ortaq talelər də birləşdirir. Bu baxımdan işğal amilini qabardan deputat hazırkı status-kvonun tezliklə aradan qalxacağına, haqq-ədalətin öz yerini tutacağına əminliyini vurğulayıb.
Ə.Amaşov həmçinin bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı "Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filmi Milli Qəhrəman M.Mirzəyevin şücaəti timsalında tarixə "4 günlük müharibə” kimi düşən savaşda Azərbaycan Ordusunun qüdrətindən söhbət açılır.
Daha sonra sənədli film nümayiş olunub. Filmdə Milli Qəhrəman M.Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunub. Həmçinin M.Mirzəyevin 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı-ayrı aspektləri də filmin süjet xəttini təşkil edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani və Ruslan Hacıyev, habelə Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, bələdiyyə sədri Nəbi Abdullayev, gənclərdən Elşən Çobanov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlığından danışıblar. Toplantıda onların əziz xatirəsinin daim ürəklərdə yaşayacağına, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik ifadə olunmaqla yanaşı bildirilib ki, hərbi vətənpərvərlik ruhunda filmlərin nümayişi gənclərin mənəvi sağlamlığına böyük təkan verir.
Qeyd edək ki, "Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan 32 dəqiqəlik "Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filminin baş məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Ekran işinin müəllifi isə rejissor və ssenarist Bəxtiyar Qaracadır.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi