DİM-də Apellyasiya Komissiyası yaradıldı – Açıqlama

img

10-04-2017 [13:03]


2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının aprelin 9-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən Mia.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına aprelin 10-dan 12-nə qədər saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. Müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti şəxsən təqdim olunmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA