Azərbaycan atletləri Xorvatiyada yoxa çıxıb? - Müəmmalı hadisə ilə bağlı açıqlama

img

07-04-2017 [14:26]


Xorvatiyanın Split şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən idmançılarımızın yoxa çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

Virtualaz.org xəbər verir ki, atletlərimizin oteli tərk etdikləri, yarışlara getmədikləri və iki gündür polis tərəfindən axtarıldıqları bildirilir.

Mənbənin məlumatına görə, idmançıların itkin düşməsi yerli televiziyaların əsas xəbərinə çevrilib.

Məlumatı dəqiqləşdirmək üçün Ağır Atletika Federasiyası ilə əlaqə saxladıq.

 Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev virtualaz.org-a açıqlamasında məlumatın yanlış olduğunu, komanda üzvlərinin bir həftədir Bakıda olduqlarını dedi.

"Bizim atletlərimiz aprelin 1-i axşamdan Bakıdadırlar. Nümayəndə heyətimiz Xorvatiyada səfərdə olub. Lakin orada komandanı riskə atmamaq üçün qərar qəbul edilib ki, qarşıdakı İslam Oyunlarında iştirak etsinlər. Bizim idmançılarımız da gedib geri qayıdıblar. Əgər Split polisi atletlərin pasport yoxlanışından sonra sərhədi keçərək geri qayıtdıqlarını görə bilmirsə, nə deyək?”.

K.Məstəliyev həmçinin qeyd edib ki, atletlər hazırda komandanın məşq bazasındadırlar və görünür, polisdə hansısa anlaşılmazlıq yaranıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA