Azərbaycan və Türkiyə milliləri hansı komandalarla oynayacaq? - IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışı

img

06-04-2017 [20:15]


Bu gün "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında qrupların tərkibi məlum olub.

Mia.az  xəbər verir ki, futbol yarışında səkkiz komanda mübarizə aparacaq. Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar.

Azərbaycan millisi ev sahibi olduğu üçün "A” qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub.

"B” qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaqlar.

"Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq.

Futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA