Nazir icra başçısının qohumuna vəzifə verdi – Səlim Müslümovdan daha bir təyinat

img

06-04-2017 [15:23]


Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

Mia.az-a daxil olan məlumata görə, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə yeni direktor təyin edib. 

Nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin gəlirlər sektortunda məsləhətçi vəzifəsində çalışan Elxan Bədəlov Məşğulluq Mərkəzinə direktor təyin olunub. 

Bu gün E.Bədəlov kollektivə təqdim olunub.

Onu da bildirək ki, E.Bədəlov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumudur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA