"Formula-1 Azərbaycan Qran-prisinə artıq 47 ölkədən bilet alınıb" - Açıqlama

img

05-04-2017 [18:12]


Formula-1 Azərbaycan Qran-prisinə artıq 47 ölkədən bilet alınıb.

Bunu "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

N.Arpadarai bildirib ki, bilet alan ölkələrin sırasında Rusiya, Böyük Britaniya, Ukrayna və ərəb ölkələrindən olan idmansevərlər üstünlük təşkil edirlər. Bu il ilk dəfə Nepal, Dominikan Respublikası və s. ölkələrdən də biletlər alınıb. Bu da Formula-1-in kifayət qədər sevilən idman yarışı olmasının göstəricisidir.

"Azərbaycan vətəndaşları da bilet alışında fəaldırlar. Keçən il onlar biletləri daha çox satış nöqtələrindən alırdılarsa, bu il onlayn qaydada almağa üstünlük verirlər”, - deyə N.Arpadarai qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA