04-04-2017 [16:08]
Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov deyib ki, film Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytnant Murad Mirzəyevin həyat yolu və qəhrəmanlığına həsr olunub.
M. Mirzəyevin qəhrəmanlığının vətənpərvərlik nümunəsi olduğunu söyləyən Ə. Amaşov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində çox mühüm rol oynayıb, torpaqların bir qarışının da düşmən tapdağı altında qalmayacağına xalqın inamını daha da gücləndirib: "Bu döyüşlər eyni zamanda Azərbaycan ordusunun doğrudan da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə döyüş əhval-ruhiyyəsini yüksəltdi. Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi”.
Sonra film tədbir iştirakçılarına nümayiş olunub.
ATXƏM sədri İlham İsmayılov çıxışında M. Mirzəyevin döyüş yolu və aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır: "Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel döyüşləri qəhrəmanlarının döyüş yolunun öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi baxımından çox önəmlidir. Nə qədər ki, Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan mütləq işğal altındakı torpaqlarını gec-tez azad edəcək”.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, düşmənlə yanaşı, Dağlıq Qarabağın itirildiyi haqqında Azərbaycanda da mövcud olan bəzi fikirləri Murad Mirzəyev kimi qəhrəmanlar darmadağın edib: "Mən əminəm ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev isə çıxışında bildirib ki, aprel döyüşləri Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdi.
Onun sözlərinə görə, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək: "Azərbaycan ordusunun əldə etdiyi uğurlar hamımıza ruh yüksəkliyi verir. Mən hesab edirəm ki, belə filmlər çox çəkilməlidir. Hamını Qarabağ probleminin həllində əl-ələ verib, birlikdə əməkdaşlıq etməyə çağırıram. Əlimizdən gələni etməliyik ki, xalqımızın milli ruhu və vətənpərvərlik tərbiyəsi daim yüksək olsun. Bu, bizi qələbəyə aparan yoldur".
Tədbir çıxışlarla davam etdirilib.
Qeyd edək ki, film yazıçı-publisist Bəxtiyar Qaracanın "Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən bir hissə olaraq çəkilib.
Filmin baş məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi