“Bakı Metropoliteni”ndə təhlükəsizlik tədbirləri gücləndirildi – Rəsmi

img

03-04-2017 [17:22]


"Artıq "Bakı Metropoliteni”nində də ayıq-sayıqlığın artırlması üçün bütün polis orqanlarına göstəriş verilib”.

Mia.az xəbər verir ki, bu barədə unikal.org-a QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O, vurğulayıb ki, ümumiyyətlə "Bakı Metropoliteni”ndə polis tərəfindən təhlükəsizlik tədbirləri hər zaman yüksək səviyyədə qorunur. 

Qurum rəsmisi əlavə edib ki, bu gün Piterdə baş verən məlum hadisədən sonra Bakı metrosundakı hüquq-mühafizə orqanlarının şəxsi heyyətinə ayıq-sayıqlığın artırılması üçün göstəriş verilib: "Sərnişinlərin narahat olmaları üçün hər hansı bir əsas yoxdur".

Xatırladaq ki, bir az əvvəl Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA