25-03-2017 [11:44]
"Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovu qətlə yetirməkdə təqsirləndirilənlər Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın apellyasiya şikayətinə baxılacaq.
Qətl hadisəsi 2016-cı il yanvarın 8-də Q.Bağırovun Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bağlar” yaşayış massivindəki evində baş verib. E.Həsənov, M.Hüseynova və M.Əliyev qabaqcadan əlbir olaraq həmin gün səhər saat 7 radələrində Qalib Bağırovun yaşadığı bağ evinə gəlib çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 belorus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər üç şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər. İş Bakı Apellyasiya Məhkəməsində icraata götürüldükdən sonra müdafiə tərəfinin prosesin tam istintaqla keçirilməsi üçün verdiyi vəsatət təmin edilməyib. Təqsirləndirilən şəxslər məhkəmənin bu qərarından kassasiya şikayəti veriblər. Ali Məhkəmə qərarı dəyişməyib, işə yenidən apellyasiya şikayəti üzrə baxılacaq. Məhkəmə prosesi martın 31-də davam etdiriləcək. Prosesə hakim Rizvan Səfərov sədrlik edir.
İlk instansiya məhkəməsində ifadə verən adıçəkilən şəxslər qətli etiraf ediblər. Ehtiram Həsənov deyib ki, evə girərkən Qalib Bağırov onları tanıyıb: "Mənim maskam üzümdən çıxdı, rəhmətlik dedi ki, mən sizi tanıyıram, kimin göndərdiyini də bilirəm. Amma kimin göndərdiyini demədi”.
M.Əliyev deyib ki, evdə olarkən E.Həsənov ona Qalibi öldürməyi əmr edib: "Mən iki bıçaq vurandan sonra dedi sən bacarmırsan, bıçağı alıb özü də 4 dəfə vurdu”.
Qeyd edək ki, təqsirləndirilənlərdən biri, Ehtiram Həsənov Çelyabinskidə, sonra isə Almaniyada hərbi xidmətdə olub. Qarabağda könüllü döyüşüb, 1993-1994-cü illərdə Türkiyədə hərbi kurslarda iştirak etdikdən sonra Azərbaycanda 1 il Daxili qoşunların hərbi hissələrindən birinin kəşfiyyat idarəsinin rəisi olub. Sonradan dələduzluqda təqsirləndirilərək 1 dəfə 7 il, növbəti dəfə 12 il müddətinə azadlıqdan məhrum edilib. Amnistiyaya düşdüyü üçün cəzasını tam çəkmədən azadlığa çıxıb. Bundan sonra Mahnurə Hüseynova ilə qeyri-rəsmi olaraq birlikdə yaşayıb. M.Hüseynova isə Q.Bağırovun evində xadimə işləyib.
qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi