24-03-2017 [16:32]
BakiPost.az saytının Azərbaycanda məşhur brendlərdən olan OVS mağazalar şəbəkəsində Ermənistan istehsalı olan hərbi uşaq paltarlarının satılması ilə bağlı tirajladığı xəbər cəmiyyətdə böyük etirazla qarşılanıb.
Mağazanın səlahiyyətli şəxsləri xəbəri təkzib etməyə, sözügedən malların əslində Banqladeşdə istehsal olunduğunu sübut etməyə çalışsa da, ortada fakt var: mağaza "Made in Armenia" yazılı hərbi paltarların ölkədə satışına şərait yaradıb.
"Park Bulvar” və "Gənclik Mall”da fəaliyyət göstərən "OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilir.
Həmkarlarımız sübut ediblər ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.
Amma BakiPost.az saytının məlum materialından sonra sözügedən şirkət təkzib xətti seçib. Eyni zamanda saytı yalan yazmaqda ittiham edirlər.
BakiPost.az saytının baş redaktoru Elçin Zahiroğlu isə musavat.com-a açıqlamasında bu olayın detallarından danışıb.
Müsahibimiz öncə deyib ki, OVS mağazasının yaydığı məlumat, televiziyalarda təqdim etdiyi reklam süjetləri onu xeyli təəccübləndirib:
"Bu mağazada Ermənistan məhsullarının satılması faktını aşkar edəndə, düşündüm ki, bu, bir təsadüfdü, yanlışlıqdı və yəqin ki, mağaza sahibinin bundan xəbəri olmayıb. Buna görə çıxıb Ermənistan məhsulu geyindirdikləri şəxslərdən üzr istəyib, bundan sonra idxal etdikləri mallarda daha diqqətli olacaqları barədə söz verəcəklər. Məntiqlə heç bir şəxs istəməz Bakıda Ermənistan məhsulu olsun. Lakin təəssüf ki, mağaza yaydığı məlumatda bütün məsuliyyəti öz boyunlarından atdı, əvəzində bizi yalançılıqda, təxribatda suçladı və digər yalan informasiyalar verdi. Necə ola bilər ki, adam öz utancverici hərəkətini ört-basdır etmək üçün başqa bir şəxsə, bir media orqanına qara yaxsın? Bu necə insanlıq, necə azərbaycançılıqdır? Əxlaqı yerində olan bir adam bunu edə bilərmi?”.
E.Zahiroğlu dedi ki, o, öz işini yerinə yetirib. Həmin dükanlarda erməni mallarının satıldığı barədə məlumat alandan sonra, şəxsən OVS-in "Gənclik Mall”dakı dükanına getdiyini deyən müsahibimiz sözügedən informasiyanın doğruluğuna şahid olub:
"Həmin malları tapıb şəkillərini çəkmişəm. Qeyd eləyim ki, mağazanın hər yerində kamera var. Yəni mənim ora getməyimi və şəkil çəkməyimi sübut eləmək çox sadə məsələdir. Qayıdandan sonra əməkdaşlarımız mağaza ilə əlaqə saxlayıblar. Onlar məlumatı qəti şəkildə təkzib ediblər. Ona görə də çəkdiyim şəkillə materialı yayımlamışam və bu məlumat rezonans doğurub.
Bu elə bir materialdır ki, bunun təkzib edilməsi, üstəlik bizim ittiham olunmağımız ağlıma da gəlməzdi. Sonradan məlum oldu ki, məsələ ictimailəşəndən sonra həmin malları mağazalardan yığışdırıblar. Yəqin ki, aidiyyəti qurumlar istəsələr, kameralar vasitəsi ilə bunu aşkarlaya bilərlər. Mağaza sahibləri hər vəchlə elədikləri bu ayıb, həm də qanunsuz işləri ört-basdır etməyə çalışsalar da, fikrimcə, buna müvəffəq ola bilməyəcəklər. Çünki məsələ ictimailəşəndən sonra bir çox oxucularımız bizə məsələ ilə bağlı müraciətlər edirlər. Oradan aldıqları malların şəkillərini, videolarını göndərirlər.
Həmin şəxslərdən biri bir neçə gün əvvəl həmin şalvardan övladı üçün aldığını yazmışdı. Biz ondan xahiş elədik və həmin məhsulu bizə təqdim etdi. Yəni bizim şəkillərimizin montaj, nə bilim qurama olduğunu iddia edən mağaza sahiblərinə və aidiyyəti qurumlara lazım olsa maddi sübutumuz da var. Hər halda "BakuPost”un tikiş sexinin olmadığını hamı bilir”.



Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq