17-03-2017 [14:29]
Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib.
Mətbuat Şurasından Mia.az-a verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri qədim tarixi köklərə malikdir:
"Hər iki ölkənin mediası bu münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir".
İndiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə çoxsaylı toplantıların təşkil edildiyini diqqətə çatdıran Ə.Amaşov həmçinin vurğulayıb ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir.
«Biz eyni zamanda beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq. Çünki çox zaman bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik hərəkət, üstəlik ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış etməlidirlər», - deyən Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Mətbuat Şurası ümumən İran, Rusiya və Gürcüstan daxil olmaqla ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır:
"Bu görüşün reallışmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaqdır".
Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Türkiyə və Azərbaycan arasındakı çoxtərəfli əməkdaşlıq örnək səciyyə daşıyır və bu, media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri ilə də zənginləşməlidir. Bu baxımdan o, türkiyəli jurnalistlərin Azərbaycana səfərinin məhsuldar olacağına inandığını deyib.
Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni çıxışında bildirib ki, ümumən türk toplumuna qarşı beynəlxalq miqyasda ayrıseçkilik siyasəti hökm sürür: "Media bu sayaq xoşagəlməz fəaliyyətə qarşı tutarlı alternativ ortaya qoymalıdır. Bu baxımdan Azərbaycan və Türkiyənin media qurumlarının reallaşdırmalı olduqları birgə təşəbbüslər kifayət qədərdir".
Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın da belə bir vacib vəzifənin icrasına köklənəcəyindən əminliyini ifadə edən türkiyəli qonaq ölkəmizə səfərdən məmnunluğunu bildirib.
Bundan sonra Azərbaycan Mətbuat Şurası ilə Türkiyəli media nümayəndələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memoranduma ölkəmizdən MŞ sədri Ə.Amaşov Türkiyə tərəfdən isə Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt Yeni, Burdur Gazeteciler Cemiyeti Başkanı Kürşat Tuncel, Yenigün-Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Akdeniz Gazete Sahipleri Derneği Başkanı Ahmet Duran Yenigün, Akdeniz Gazeteciler Federasyonu Yönetim Kurulu üyesi Ali Buldu, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı İdris Taş, Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Osmaniye Gazeteciler Cemiyeti Başkanı Ali Cihangir, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı Mustafa Taş imza atıbıar. Tərəflər Memorandumu imzalamaqla təmsil olunduqları media quruluşlarının fəaliyyət dairəsi və imkanları çərçivəsindədünyada, eləcə də regionda söz və ifadə azadlığı müstəvisində meydana çıxan tendensiyaları izləməyi, bu xüsusda nəzərə çarpan neqativ meyllərə qarşı birgə və ayrılıqda reaksiya verməyi, Azərbaycan və Türkiyənin ortaq dəyərlərinin, həqiqətlərinin təbliği istiqamətində iş aparmağı, türk dünyasındakı media qurumlarının bir-biri ilə daha sıx şəkildə əlaqələr qurmasına, hər iki ölkə jurnalistlərinin iştirak edəcəkləri birgə simpoziumların, konfransların, «dəyirmi masa»ların təşkilinə dəstək göstərməyi, qarşılıqlı informasiya mübadiləsi prosesini daha da gücləndirməyi üzərilərinə götürüblər.
Görüşdə çıxış edən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Azərbaycan və Türkiyənin media təmsilçilərinin xüsusən də söz və ifadə azadlığı, insan hüquqları mövzusunda beynəlxalq miqyasda nüfuza malik təşkilatların düzənlədikləri toplantılarda daha aktiv olmaları vacibdir: "Çünki çox zaman məhz həmin təşkilatların xətti ilə yanlış ictimai rəy formalaşır. Bunun qarşısını almaq üçün birgə müzakirələrin təşkili olduqca önəmlidir".
MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deyib ki, böyük coğrafi arealı əhatə edən türk dünyası xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyası eyni zamanda strateji əhəmiyyət daşıyan məsələdir: "Bu prosesdə Azərbaycan və Türkiyənin rolu yüksəkdirsə, bu ölkələrin media orqanlarının fəaliyyəti də daha zəruridir".
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub.
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq