“Beşiktaş” 10 nəfərlə tarixi qələbə qazandı, “Krasnodar” turnirlə vidalaşdı - Avropa Liqası

img

16-03-2017 [23:58]


Bu gün Avropa Liqasında 1/8 final mərhələsində Türkiyənin  "Beşiktaş” komandası möhtəşəm qələbə ilə tur adlayıb.

Mia.az xəbər verir ki, öz meydanında "Olimpiakos”u qəbul edən türk komandası səfərdəki 1:1-lik bərabərliyin əvəzini artıqlaması ilə çıxıb. 38-ci dəqiqədən Abubakarın meydanda qovulması ilə 10 nəfərlə mübarizə aparan "Beşiktaş" 4-1 qalib gəlib.

Oyunda qolları Abubakar 10-cu dəqiqədə (1:0), Babel, 22-ci dəqiqədə vurublar -2:0. 

31-ci dəqiqədə isə yananlardan Elyounuossi fərqi azaldıb - 2:1). Babel 75-də hesabı 3:1-ə çatdırıb. Son qolu isə Cenk Tosun 84-cü dəqiqədə  vurub.

Digər oyunda "Genk” (Belçika) "Gent”lə (Belçika) 1:1 hesabı ilə razılaşsa da ilk oyuna görə (5-2)mərhələ adlayıb.

Rusiyanın "Krasnodar” komandası isə səfərdə 2-1 uduzduğu "Selta”ya (İspaniya) 0:2 uduzmaqla, turnirə vida edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA