Metronun "28 May-Gənclik” stansiyaları arasında tuneli tüstü bürüdü - FHN hadisə yerində (FOTO)

img

15-03-2017 [21:20]


Sərnişinlərin "28 May” metro stansiyasına girişi bərpa olunub.

Mia.az APA-ya istinadən xəbər verir ki, Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb.

Hazırda sərnişinlərin "28 may” metro stansiyasına girişi bərpa olunub.

****

Az əvvəl Bakı metrosunda problem yaranıb.

Belə ki, Həzi Aslanov istiqamətində hərəkət edən qatar "28 May-Gənclik” stansiyaları arasında tuneldə dayanıb. 

Məlumata görə, qəfil tüstülənmə vaqonu bürüyüb, huşunu itirənlər də var.

Sərnişinlər təxliyyə olunub.

"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "28 May-Gənclik” stansiyaları arasında tuneldə tüstülənmə baş verib:

"Qatarların hərəkətində heç bir problem yoxdur. Hazırda qurumun işçiləri tuneldə tüstülənmənin səbəbini araşdırır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".

FHN də hadisə ilə bağlı məlumat yayıb. 

Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunmuş, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilmiş və qarşısı alınıb. 

Bakı metrosunda tüstülənmə -  Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA