Qurban Qurbanov məsələyə qarışdı - İşdən çıxarıldı

img

14-03-2017 [21:05]


"Qarabağ” tərcüməçisi Əfqan Xəlilli ilə yollarını ayırıb. 

Bu barədə məlumatı "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov verib.

O, məsələyə belə münasibət bildirib: "Özünüz bilirsiniz ki, mən həmişə hərənin öz işi ilə məşğul olmasının tərəfdarıyam. Xəbərdən məlumatım var. Bu hərəkətinə görə Əfqanı komandadan uzaqlaşdırdım. Mən nə qədər burdayamsa, heç kim intizamsızlıq etməməlidir. Düzü, Əfqanın işindən çox razı idim, son zamanlar daha yaxşı anlaşırdıq. Buna baxmayaraq, onu uzaqlaşdırdım".

Qeyd edək ki, Əfqan Xəlilli sosial şəbəkə hesabında futbolçu Miçel Madera ilə olan şəkili paylaşaraq, "növbəti axmaq sualı gözləyərkən, mən” – sözlərini yazmışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA