Almaniya yığması Bakıya yeni heyətlə gələcək? - Yoahim Lövdən yeni addım

img

13-03-2017 [16:53]


Almaniya yığmasının baş məşqçisi Yoahim Löv milliyə yeni futbolçular cəlb edəcək. 

Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Azərbaycanın qonağı olacaq Bundestimdə debütant futbolçular da yer alacaq.
 
Belə ki, heyəti cümə günü açıqlayacaq Lövün siyahıya 2 yeni futbolçunun adını daxil etdiyi bildirilir. Bunlar "Leyptsiq”in hücumçusu Timo Verner və "Herta”nın müdafiəçisi Niklas Starkdı. Hər iki oyunçu Almaniyanın U-21 yığmasının üzvüdü.    
 
Lövün açıqlayacağı heyətdə "Bavariya”nın müdafiəçisi Boatenqin da yer alacağı gözlənilir. Təcrübəli müdafiəçi zədəsi ilə əlaqədar, ötən ilin noyabrında San-Marino və İtaliya ilə keçirilmiş matçlarda yığmanın formasını geyinməmişdi.
 
Qeyd edək ki, Bundestim millimizlə oyunda zədəlilər - Marko Roys, Mario Götze və İlkay Gündoğanın xidmətindən istifadə edə bilməyəcək.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA