11-03-2017 [16:53]
Beyləqanda məktəbli qızın təcavüzə uğraması ciddi müzakirə mövzusuna çevrilib. Hadisə geniş rezonans doğurduğundan şayiələr də genişlənməkdədir. Hətta məlumatlar arasında valideynlərin öz evlərini tərk etməsi kimi əsaslandırılmamış iddialar da yer alıb.
Modern.az məsələnin aktuallığını nəzərə alaraq Beyləqanı təmsil edən deputat Şahin İsmayılovla əlaqə saxlayıb.
"Təcavüzə görə 2 nəfər həbs edilib”
Ş.İsmayılovModern.az-a açıqlamasında faktı təsdiqləyib və buna görə təəssüfləndiyini qeyd edib:
"Bakıda, Şəkidə yaxud Beyləqanda baş verməsindən asılı olmayaraq, bu, yaxşı hal deyil. Əfsuslar olsun ki, bu hadisə yaşanıb. Fakta görə cinayət işi açılıb, istintaq gedir. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb. Onlardan 2 nəfər qızın sinif yoldaşları, digər 2 nəfər isə məktəblə əlaqəsi olmayan şəxslərdir. Həmin 2 nəfər (20-21 yaşlı oğlanlar) həbs edilib, digər 2 nəfər (qızın sinif yoldaşları) isə azyaşlı olduğundan sərbəst buraxılıb. Amma sərbəst buraxılan 2 nəfər polis nəzarət altındadırlar”.
"Rayonda ailələrə basqılar var”
Deputat, valideynlərin Beyləqanı tərk etməsinə dair yazılan məlumatların əsassız olduğunu qeyd edib: "Onların valideynləri öz evlərindədirlər və polis əməkdaşları daim onlarla əlaqədədir. Valideynlər öz övladlarından imtina etməyib. Sadəcə rayonda həmin ailələrə müəyyən basqılar var”.
"Hadisə bir neçə dəfə təkrarlanıb...”
Videoda sinif otağının əks olunmasına gəlincə, Ş.İsmayılov deyib ki, bu, prosesin tərkib hissəsi olsa da, hadisə məktəbdən kənarda baş verib:
"Amma onu qeyd edim ki, hadisə ilk dəfə deyil, bir neçə dəfə baş verib. Sonuncu hal isə məktəbdən kənarda baş verib. Bu, 1-2 günün işi deyil. Həmin şəxslər uzun müddət qızı şantaj ediblər. İstintaq davam etdiyi üçün mən ətraflı məlumat verə bilmirəm”.
Hadisənin qəsdən, qızın atasına qarşı quraşdırılan iş olmasına gəlincə, parlament üzvü bununla razılaşmayıb: "Fakt odur ki, hadisə baş verib. İndi kimsə öz xəyalının məhsulunu ortaya xəbər kimi qoysa da, onu deyə bilərəm ki, hadisə mətbuatda yer aldığı qədər şişirdilmiş şəkildə deyil”.
Məsələ rəsmi qurumların nəzarətindədir
Ş.İsmayılov bildirib ki, hadisə Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Beyləqan rayon Təhsil Şöbəsi və polis idarəsinin nəzarəti altındadır: "Problemlərin kökünə getmək lazımdır. Məktəblərdə psixoloq işinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Təəssüflər olsun ki, zaman-zaman məktəblərimizdə bu kimi halların şahidi oluruq. Təbii ki, üzücü haldır. Bunların qarşısını almaq üçün cəmiyyət olaraq mübarizə aparmalıyıq. Hesab edirəm ki, məktəblərdə fəaliyyət göstərən valideyn komitələrinin də işi təkmilləşdirilməlidir ki, biz bu hadisələri yaşamayaq.
Eyni zamanda burada mətbuatın da üzərinə məsuliyyət düşür. Çünki bəzi qeyri-ciddi mətbuat orqanları hər eşitdiklərini, öz təxəyyüllərini yazır və bu da yersiz ajiotaja səbəb olur. Nəzərə alın ki, o qızın gələcəyi var. Ona görə də hər kəsdən məsələyə həssas yanaşmağı xahiş edirəm”.
Yayılan məlumatlarda Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüse
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi