09-03-2017 [15:36]
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R. Əhmədov vəkilin suallarını cavablandırıb.
O qeyd edib ki, qızılları Ç. Baxşıyevin qızı Fatma Baxşıyevanın həyat yoldaşına verib: "Həmin gün onların evində xidmətçi qadın da vardı".
Sonra prosesdə şahidlər ifadə verib.
Mübariz Ələkbərov ifadəsində deyib ki, Ç. Baxşıyev onun qayınatasıdır. Onun sözlərinə görə, itən əşyalar arasında onun da qızılları olub: "Mənim orda 50 ədəd 10-luq, 10 ədəd 5-lik qızılım vardı. Onları saxlamaq üçün qayınatam Çingiz Baxşıyevə vermişdim. O da qızılları Rövşənə verdi saxlamaq üçün, sonradan xəbər tutduq ki, oğurlanıb".
Sonra R. Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova ifadə verib.
O deyib ki, R. Əhmədovla Ç. Baxşıyev arasında normal münasibətlər olub:
"Bir gün Rövşən qara çantanda pul gətirdi və dedi ki, Ç. Baxşıyevin pullarıdır. Dəfələrlə olub ki, Ç. Baxşıyev bizə çantalarla külli miqdarda pullar əmanət edib. Mən həmişə yoldaşımın evə bu qədər pul gətirməsinə qarşı çıxmışam. Çünki pullar sayılıb verilmirdi. Qorxurdum ki, nəsə olar və heç nə bizim üstümüzdə qalmasın.
Qızılları bizə verəndən sonra martın 30-da bizə zəng elədilər ki, guya qızıllar yerində yoxdur. Çingiz Baxşıyev deyib ki, qızılları guya mən götürmüşəm. Məni ittiham edirdilər. Bizdə Çingiz Baxşyevin çantalarla əmlaklarının sənədləri olub. Bizə hər şeyi etibar edib. Necə oldu ki, birdən-birə oğurluq oldu?
Qızıllar itəndən sonra Çingiz Baxşıyev məni və Rövşəni təhdid edirdi. Deyirdi ki, sənin oğlunu müharibəyə göndərəcəyəm, mənim əlim hər yerə çatır. Çingiz Baxşıyev qızılların itməsinə görə məni həbs etdirmək istəyirdi".
X. Əhmədova prokurorun suallarını cavablandırarkən deyib ki, qızılları evdə kənar şəxslər olduğu üçün təhlükəsizliyə görə vaxtından əvvəl Ç. Baxşıyevə qaytarılıb.
X. Əhmədova onu da deyib ki, Ç. Baxşıyev həbsdə olan sabiq MTN generalı Akif Çovdarova pul verib.
Təqsirləndirilən R. Əhmədov da bunu təsdiq edərək, Akif Çovdarova qara diplomatda pul verilməsini Ç. Baxşıyevin özündən eşitdiyini deyib: "Çingiz Baxşıyev həmişə Akif Çovdarovun onu bezdirdiyini deyirdi".
Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.
Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.
Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi