07-03-2017 [19:48]
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1970-ci il təvəllüdlü Cavid Aslanov və dostu, 1973-cü il təvəllüdlü Nəriman Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə şahidlər dindirilib.
İclasda şahid Elçin Məmmədov ifadə verərək deyib ki, istintaq zamanı, o, Naxçıvan sakini Zemfira Baxışəliyevanın evində oğurluq etməkdə ittiham olunaraq şübhəli şəxs kimi saxlanılıb, sonra isə günahı sübut olunmadığı üçün sərbəst buraxılıb:
"4-cü bölmənin əməkdaşları məni bölməyə gətirib dedilər ki, qadının evinə basqın etmisən. Dayıma zəng edib bunu dedim. Dayım gələndən sonra "Qorotdel”ə ərizə yazdılar, kamera görüntülərinə baxıldı və aydın oldu ki, hadisə baş verən an mən işlə bağlı Bərdə rayonunda olmuşam. Amma bölmə əməkdaşları israrla boynuma qoyurdular ki, cinayəti törətmişəm. İstintaqda bu qadınla üzləşdirildim, dedi ki, ona maskalı şəxslər basqın edib”.
Zemfira Baxışəliyeva deyib ki, onun evinə basqın edənlərdən biri balaca boy olub: "Bu oğlanın da boyu balacadır, ona görə mən bunun evimə basqın edən adam olduğunu dedim”.
Müdafiə tərəfi vəkillərinin "ölkədə milyonlarla balaca boy oğlan var, hamısı sənin evinə basqın edib?” sualına qadın cavab verə bilməyib.
Təqsirləndirilən N.Heydərov deyib ki, hadisə vaxtı Alatava qəsəbəsində bacısıgildə olub: "20 ildir Rusiyada idim, anam vəfat etdiyi üçün bura gəlmişdim. Polislər məni bacımgildə tutub bölməyə apardılar. Bizə dəhşətli işgəncələr verdilər, "butulka”ları düzüb dedilər ki, cinayəti etiraf edin. Cavid "butulka”nı görən kimi qorxusundan etdiyini dedi. Mən dedim ki, dərimi də soysanız törətmədiyim əməli boynuma almayacağam”.
İstintaq basqında iştirak edən 3-cü şəxsin kimliyini müəyyən edə bilməyib. Təqsirləndirilən şəxslərin sözlərinə görə, 3-cü adam barədə onlara heç bir sual verilməyib.
Məhkəmə prosesi martın 14-də davam etdiriləcək.
Xatırladaq ki, Naxçıvan sakini Zemfira Baxışəliyeva Binəqədi RPİ 4-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, 3 nəfər maskalı şəxs evinə basqın edərək 20 min manat pulunu və 800 manatlıq qızılını aparıblar. O sonra qızılın 10 min manat dəyərində olduğunu deyib. Z.Baxışəliyeva ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilərək 9 il məhkumluq həyatı yaşayıb. C.Aslanov və N.Heydərov cinayəti etiraf etməyiblər və qadının şərinə məruz qaldıqlarını deyiblər.
Qafqazinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi