Nazir müavini yıxıldı, qolu sındı - Azərbaycanda (FOTO)

img

07-03-2017 [18:37]


Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ciddi zədə alıb.

Report-un məlumatına görə, nazir müavininin qolu sınıb. Bu səbəbdən İ.Rəhimov həm nazirlik, həm də MPK-nın tədbirlərinə qolu gipsli vəziyyətdə qatılıb.

Belə ki, nazir müavini qarlı hava şəraiti zamanı yolların buz bağlaması səbəbindən yıxılaraq zədə alıb.

Qeyd edək ki, Bakıda axırıncı dəfə şaxtalı hava şəraiti fevral ayının ikinci on günlüyündə qeydə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA