01-03-2017 [21:50]
Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək mühakimə olunmuş şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən Rasim Əliyevin öldürülməsinə görə həbs olunan beş nəfərdən ikisi - Arif Əliyev və Samir Mustafayev vəkillərinin apellyasiya şikayətindən imtina edib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda Arif Əliyevin hüquqlarını Fəxrəddin Səfərov, Samir Mustafayevi isə Bəxtiyar Hacıyev müdafiə edirdi. Apellyasiya şikayətlərini də həmin vəkillər yazmışdı. Apellyasiya instansiyasında isə adları çəkilən iki nəfər də daxil, təqsirləndirilən şəxslərdən dördünün hüquqlarını Şəmsəddin Quliyev, Kənan Mədətovu Rəsul Yusifbəyli müdafiə edir.
Martın 1-də Bakı Apellyasiya Məhkəməsində vəkillər çıxış edib.
Kənan Mədətovun vəkili Rəsul Yusifbəylinin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu işə başdansovdu baxıb: "Çox nadir hallarda təqsirləndirilən tərəflə zərərçəkmişin fikirləri üst-üstə düşür. Bu işdə həm biz, həm də zərərçəkən həkimlərin məsuliyyətə cəlb olunmasını tələb etdik, bu haqda vəsatətlər qaldırdıq. Amma təəssüf ki, vəsatətlərimiz təmin olunmadı, həkimlər məsuliyyətdən kənarda saxlanıldı. Halbuki, Rasim Əliyevin ölümünün səbəbi həkim səhlənkarlığıdı”.
Vəkil qeyd edib ki, Kənan Mədətov heç bir günahı olmadan 9 il həbslə cəzasına məhkum edilib.
Digər təqsirləndirilən şəxslərin vəkili Şəmsəddin Quliyev isə qalan dörd nəfərdən danışıb. Deyib ki, bu dörd nəfərin kimisə öldürmək niyyəti olayıb.
Təqsirləndirilən Elşən İsmayılov bildirib ki, hökm qəbul edərkən məhkəmə heç nəyə əhəmiyyət verməyib. Elşən İsmayılov çıxışının sonunda bu işin istintaqını aparmış müstəntiqin hərəkətlərinə hüquqi qiymət verilməsini istəyib.
Başqa bir təqsirləndirilən Camal Məmmədov da müstəntiqdən gileylənib.
"Bir təpiyə görə mənə 11 il verilib. Mən apelyasiya məhkəməsindən də ədalət gözləmirəm”, - Camal Məmmədov çıxışında qeyd edib.
Mərhum jurnalistin anası Teyfurə Əliyeva da öz fikrini bildirib: "Bu adamlar Rasimin ölümündə günahkardılar, qatildilər. Bu, təsdiqini tapıb”.
Proses martın 15-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttiham aktına görə, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Rasim Əliyev ötən ilin avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev avqustun 9-da orada vəfat edib.
Baş verən hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. O cümlədən, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.
Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olub.
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb və o, şərti cəza alıb.
Teleqraf.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi