23-02-2017 [23:11]
"Texnikabank"da böyük məbləğdə əmanət saxladıqlarından, hədəfə çevrilən zərərçəkənlərin də MTN işində əsas tələblərindən biri - nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin həbs olunmasıdır.
Onlar iddia edirlər ki, MTN-də "Texnikabank" işi araşdırılarkən, bankda əmanətləri olduğunu bilib, pullarını əllərindən almaq üçün onları hədələyiblər, hətta bir neçəsini saxta ittihamla həbs ediblər. Ardından 1-2 milyon manat alıb, həbsdən buraxıblar.
Zərərçəkənlər onlardan alınan pulun bir hissəsinin general Şıxəliyevə çatdığını iddia edirlər.
Bu adamlar, əsasən, MTN İstintaq İdarəsinin şöbə rəisi olmuş, həbsdəki polkovnik Vüsal Ələkbərovun işi üzrə zərərçəkmiş qismində tanınıblar. Fevralın 23-də Mövlam Şıxəliyev keçmiş işçisinin məhkəməsində şahid kimi dindirilib. Dindirmə zamanı generalla zərərçəkənlər arasında kəskin mübahisələr yaşanıb.
MTN generalı məsuliyyəti prokurorluğun üstünə atdı
Mövlam Şıxəliyev deyir ki, nə özü kimsədən pul alıb, nə də tabeliyində işləmiş müstəntiq Vüsal Ələkbərovun rüşvət aldığını eşidib. Heç biri də kimsəni sifarişlə, saxta ittihamla nə həbs elətdirib, nə də pulu alandan sonra azadlığa buraxdırıb.
General məsuliyyəti prokurorluğun üzərinə ataraq bildirib ki, kiminsə həbsinə təqdimatı prokurorluq verir, məhkəmə də qərar çıxarır. Bu cür məsələlərdə onlarlıq bir şey yoxdur: "Qərarları prokurorluq araşdırıb. Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi. Kiminsə həbsdən azad edilməsi mənim səalhiyyətlərimə aid olmayıb".
Zərərçəkənlər məhkəmədə ifadə verərkən deyiblər ki, pul məsələsini şəxsən Mövlam Şıxəliyev də onlarla müzakirə edib.
Amma Şıxəliyev bu adamlarla görüşmədiyini deyib. Bu da məhkəmədə zərərçəkənləri əsəbiləşdirib.
"Mən buna söz deməyə xəcalət çəkirəm, amma bunlar mənim evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu "OBXSS"də işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min istədi, axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”, - zərərçəkən Namil Rzayev məhkəmədə general dindirilərkən belə deyib.
"Qürurunuz olsun, pulumu qaytarın"
Şıxəliyev rəhbərlikdən hər hansı qanunsuz göstəriş almadığını söyləyib.
Bu yerdə başqa bir zərərçəkmiş Hüseyn Səfərov hiddətlənərək deyib ki, Şıxəliyev həbs olunmasa, intihara əl atacaq:
"Vicdanıma and içirəm, Mövlam Şıxəliyev həbs edilməsə, özümü yandıracağam. Biz məhkəməyə gəlməyəcəyik, Prezident Aparatına şikayətə gedəcəyik. Mövlam Şıxəliyev burada yalan danışır, hamını aldadır. Qürurunuz olsun, pulumuzu qaytarın. Necə olub ki, bu adama general rütbəsi veriblər? Mövlam Şıxəliyev milyonlarla rüşvət alıb".
Zərərçəkən Nizami Kazımov da Şıxəliyevdən soruşub ki, necə olub, hər tərəfinə kamera quraşdırılan MTN-də çanta-çanta pul daşınmasını görməyib?
Zərərçəkmişlər Mövlam Şıxəliyevin 5 milyon manatlıq bağ evinin olduğunu iddia ediblər.
General bunu təkzib etməyib və bildirib ki, işindən əlavə bizneslə məşğul olub və özünə mülk salıb.
Vüsal Ələkbərovun Namiq Abbasov nazir olduğu dövrdə işə götürüldüyünü yada salan general məhkəmədə onu tərifləyib. Deyib ki, Vüsal Ələkbərov "Meşə qardaşları”, "Sumqayıt camaatı”, "Sahil qardaşları” kimi ağır cinayət işlərinin istintaqını aparıb, əqidəli işçi olub, heç vaxt qanunsuzluğa yol verməyib.
"Oğlumu buraxmaq üçün 300 min aldı"
"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov da Vüsal Ələkbərovun məhkəməsində dindirilib. O, özü ilə yanaşı, oğlu İslam və qardaşı Camalın da həbs olunduğunu bildirib. Onun sözlərinə görə, oğlunu həbsdən buraxmaq üçün ondan 300 min dollar alıblar.
Vüsal Ələkbərov isə onun oğlunun buraxılmasını başqa cür izah edib: "Təklif etdim ki, camaatın pulu ödənilsə, həbs qərarı dəyişdirilə bilər. Çünki həmin ərəfədə pulları batan vətəndaşlar mitinq eləmək istəyirdilər. Biz də onların sakitləşməsi üçün dəymiş ziyanın ödənilməsi məsələsini qaldırmışdıq. Bu barədə baş prokurorun da göstərişi vardı. Prokurorluğun idarə rəisi mənim xidməti otağımda Zal Yusifovla görüşdü. Ona təklif olundu ki, camaatın pulu ödənilsin. Həmin vaxt Zal Yusifov dedi ki, pulların yerini oğlu bilir, həbsdən azad edilsə, pullar ödəniləcək. Biz də oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirdik. Amma hökmədək pul ödənilmədi. Buna görə də hökmdə Zal Yusifovun oğlu həbs edildi”.
Xatırladaq ki, Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.
Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.
Azadliq.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi