21-02-2017 [19:51]
Bu gün Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı soyqırımının 25 illiyi ilə bağlı mətbuat konfransı keçirilib.
Azərbaycanın Tacikistandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, mətbuat konfransında Tacikistanın "Sadoi Duşanbe” radiosu, "Mir” və "Cahonnome” telekompaniyası, "Xalq ovazi”, "Faraj” qəzetləri, "Firuza” jurnalı kimi aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi yazılan Xocalı faciəsi barədə ətraflı məlumat verib, Xocalı soyqırımının dünyada baş verən digər qətliamlarla bir sırada dayandığını bildirib. O, Xocalının ermənilər tərəfindən əsas hədəf seçilməsinin səbəbinin daşnakların düşünülən siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Xocalının tarixi bir bölgədə yerləşdiyini, Qarabağın əsas xüsusiyyətlərini özündə əks etdirdiyini, bölgənin yeganə aeroportunun da bu şəhərdə olduğunu deyən diplomat 1988-ci ildən başlanan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə çox az olan hadisələrdən birinin məhz Qarabağın qədim məskənlərindən olan Xocalıda baş verdiyini vurğulayıb. Səfir Xocalı soyqırımının XX əsrin ən dəhşətli və qəddarcasına törədilən Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durduğunu bildirib.
A.Həsənov 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 mindən çox əhalinin yaşadığını qeyd edib. O, məlum hadisələr dövründə Xocalıda Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlının və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin də məskunlaşdığını deyib. Bildirilib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, sonra isə erməni hərbçiləri Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü, amansız atəş açıb, az bir vaxt ərzində şəhərdə yanğın baş verib və həmin ərazi tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etmək məcburiyyətində qalıblar, fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib.
Diqqətə çatdırılıb ki, bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 56 nəfər isə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib.
Səfir bildirib ki, ümummilli lider Heydər Əliyev 1994-cü il martın 1-də bu faciə ilə bağlı xüsusi Fərman imzalayıb, Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü” kimi elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.
Diplomat dünyanın bir çox ölkələri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanındığını bildirib. Xocalı haqqında həqiqətlərin Tacikistan ictimaiyyətinə çatdırılması və xalqımıza qarşı törədilən bu vəhşiliyin soyqırımı aktı kimi tanınması üçün kütləvi informasiya vasitələrinin rolunu qeyd edən A.Həsənov həqiqətlərin olduğu kimi verilməsini jurnalistlərin insanlıq vəzifəsi ilə yanaşı, peşə borcu olduğunu da bildirib.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb, onlara Xocalı faciəsinə həsr edilən kitablar, jurnallar və CD-lər təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi