21-02-2017 [14:43]
"Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, Yeni Azərbaycan Partiyasının sədr müavinidir".
Bunu bu gün Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır:
"Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfərə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatıdır və deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində çox mühüm addımlar atıb, seçicilərlə daim təmasdadır. Eyni zamanda deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fondun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihə, proqram həyata keçirilib. Onların arasında xüsusilə "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” qeyd edilməlidir. Məhz bu Proqram nəticəsində son 13 ildə ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir olunub, yaxud yenidən tikilib.
Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim".
Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib:
"Bir çox halda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz bu məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etdin, imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərsin. Fondun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mədəni, ənənəvi, tarixi irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Milli sərvətimiz olan muğamın yenidən inkişafı və beynəlxalq arenaya çıxması Fondun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü sayəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Muğam bizim mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun böyük rolu olub”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Heydər Əliyev Fondu dünyada Azərbaycanlı bağlı çoxsaylı təqdimat, tədbirlər keçirib:
"Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti Azərbaycanın müasir, dinamik inkişaf edən ölkə, eyni zamanda Azərbaycan xalqının öz tarixi köklərinə çox bağlı xalq olmasını daha da anlayıb. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun yüksək təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsi və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub. Bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək böyük nailiyyətdir. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman oyunu kimi qalacaq. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib, Təşkilat Komitəsinin sədri odur. Əminəm ki, İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə keçirəcəyik”.
Prezident vurğulayıb ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var:
"Məhz öz fəaliyyəti nəticəsində o, bir çox ölkənin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. 10 ildən artıqdır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxs yoxdur ki, bu iki mötəbər təşkilatın xoşməramlı səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biridir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə çox önəmli töhfələr verir. 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə təltif edilib.
Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkənin inkişafına öz dəyəli töhfəsini verəcək. Bu təyinat münasibəti ilə onu təbrik edir və yeni-yeni uğurlar arzulayıram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi