18-02-2017 [00:08]
Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün və dünən keçirilən iclasları ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Əfv Məsələləri Komissiyasının son iclaslarında aparılan müzakirələr barədə məlumat verməyinizi istərdik...
- İclas Əfv Məsələləri Komissiyasının əsasnaməsinə uyğun olaraq, Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən çağırıldı. Katiblik daxil olan məlumatlarla bağlı arayışlar hazırlayıb təqdim edir və Komissiyanın sədri, hörmətli akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə isə iclas çağırılır. Dünənki iclasda Əfv Məsələləri Komissiyasına daxil olan müraciətlərlə bağlı arayışlar dinlənildi və müzakirələr oldu. Müzakirələr nəticəsində Komissiyasının üzvləri ayrı-ayrı məsələlərlə bağlı öz münasibətlərini bildirdilər. Əfv Komissiyası məhkumlar və onların nümayəndələrindən daxil olan ayrı-ayrı müraciətlərə, baxıb onunla bağlı rəy hazırlayır və cənab prezidentə təqdim edir. Artıq kimin əfv olunub-olunmaması Azərbaycan Prezidentinin müstəsna konstitusion səlahiyyətlərinə aiddir. Əfv Komissiyasının işi rəyin hazırlanması ilə əlaqədardır, bir sözlə, köməkçi funksiyadır. Əfv Komissiyası hər bir müraciəti diqqətlə araşdırır və müvafiq rəy hazırlamaqla bağlı qərarlar qəbul edir.
- Novruz bayramı ərəfəsində əfv sərəncamı olacaqmı?
- Bir daha bəyan etmək istərdim ki, əfv hüququ prezidentin müstəsna səlahiyyətinə aiddir. Əlbəttə ki, Əfv Məsələləri Komissiyasının üzvləri konkret olaraq söyləyə bilməz ki, əfv sərəncamı nə zaman veriləcək. Amma praktikaya nəzər salsaq görərik ki, hər zaman cənab prezident tərəfindən müxtəlif tarixi hadisələr günü, bayram ərəfəsində bir qayda olaraq əfv sərəncamları imzalanır. Novruz bayramı bizim ən mühüm milli bayramlarımızdan biridir və ötən il yadımdadır ki, cənab prezident tərəfindən əfv sərəncamı imzalandı. Bu il əfv sərəncamının imzalanıb-imzalanmayacağı ölkə başçısının iradəsindən asılı məsələdir.
- Siyasi mənsubiyyəti olanlar arasında əfv üçün müraciət edənlər varmı?
- Əfv Komissiyasının belə problemi yoxdur ki, məhkumun siyasi baxışları var, yoxsa yoxdur və ya hansı əmələ görə cinayət edib. Komissiyaya daxil olan bütün müraciətlərə fərq qoyulmadan, ayrı-seçkilik etmədən baxılır, hamıya eyni münasibət və yanaşma tətbiq edilir. Ayrı-ayrı şəxslərlə bağlı müsbət və mənfi rəy ola bilər. Amma burada məhkumun əqidəsi nəzərə alınmır. Söhbət şəxsin etdiyi əmələ münasibətdən və əməlin nəticəsinə uyğun həmin şəxsin davranışından gedir. İstənilən məhkum müraciət etdikdə hər şeydən əvvəl onun törətdiyi cinayətin xarakteri öyrənilir. O, cinayətin təhlükəlilik səviyyəsi, cəzanın bitməsinə qədər qalan müddət, məhkumun cəzaçəkmə müəssisəsindəki davranışı, islaha meyli olub-olmaması, səhhəti və ailə vəziyyəti araşdırılır.
Digər mühüm məsələ zərərçəkmişin mövqeyinin nəzərə alınmasıdır. Çoxsaylı kriteriyalara uyğun kompleks qiymətləndirilmə aparılır. Əfv Komissiyasının üzvləri təcrübəli insanlardır. Rəsmi dövlət orqanlarının nümayəndələri də təmsil olunur. Baş prokurorun şəxsən özü, Ali Məhkəmənin sədri iclaslarda iştirak edir. Komissiya ədliyyə naziri, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Daxili İşlər naziri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, yazıçılar, pedaqoqları, bir sözlə, cəmiyyətin bütün kəsimlərini əhatə edir.
Hörmətli şeyximiz də komissiyanın üzvüdür. Komissiyanın əsasnaməsinə görə, məhkumların müraciəti ilə bağlı Ali Məhkəmənin və baş prokurorluğun, cəzaçəkmə müəssisəsinin rəyi alınır. Kimlərin müraciət etdiyinə gəlincə, nə etik qaydalara əsasən, nə də əsasnamədə qarşımıza qoyulan vəzifələrdə və bütövlükdə müzakirələrin indiki mərhələsində müraciətlərlə bağlı konkret adların çəkilməsi düzgün olmazdı. Fərdi məlumatlar yalnız o zaman açıqlana bilər ki, prezidentin sərəncamında adlar çəkilsin. Müzakirələrdə söylədiyimiz fikir və rəylərlə bağlı detallar işgüzar və rəsmi müzakirələrin ruhuna ziddir. Ona görə ki, bizim rəyimiz son nəticə deyil. Əfv sərəncamı birbaşa dövlət başçısının səlahiyyətinə aid məsələdir. Kimin müraciət etdiyini deməklə etik qaydaları pozmuş olaram.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi