16-02-2017 [21:55]
"Piter Elçin”in qardaşı Marif İsmayılov 2015-ci ilin iyununda Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirildi. Qətli törədən şəxs bazardan qaçmağa imkan tapmamış azərbaycanlılar tərəfindən tutuldu. O, qətlin sifarişini 155 min dollara Vaqif adlı şəxsdən aldığını etiraf etmişdi.
Mia.az musavat.com-a istinadən bildirir ki, "Piter Elçin”in yaxın çevrəsindən əldə edilən məlumatda bildirilir ki, Maarif İsmayılovu qətlə yetirən əslən Astaradan olan Əfqan adlı şəxs olub. Əfqan adlı şəxsin yaxınlarının və özünün Rövşən Lənkəranski ilə münasibətləri olub.
Səsləndirilən iddia isə Maarif İsmaylovun Lənkəranskinin adamları tərəfindən qətlə yetirilməsidir. Məqsəd isə Amil Lənkəranskinin qisasını almaq göstərilir.

Bu hadisələr cəmiyyətdə "Piter Elçin” və Lənkəranski arasındakı qan davası fikir formalaşdırmağa başaldı. Kriminal aləmdə kifayət qədər düşmənləri olan Rövşən Lənkəranskinin qətli isə bu hadisələrin davamında baş verdi. "Qanuni oğru” Rövşən Lənkəranski Türkiyədə qaldığı oteldən çıxarkən güllələnərək qətlə yetirildi. "Piter Elçin”in qardaşının qətlindən qısa müddət sonra...
Maarif İsmayılovun qətlə yetirilməsi ilə bağlı diqqət çəkən bir iddia da var. Belə ki, "Piter Elçin”ə yaxın düşə bilməyənlər Maarif İsmayılovu öldürərək qardaşının bazara gəlməsini planlaşdırıblar. Bu zaman "Piter elçin”ə qarşı da sui-qəsd hazırlığı görülübmüş. Amma "Piter Elçin” hansısa səbəbdən qardaşının nəzarət etdiyi bazara gəlmir.
Məlumata görə, qardaşı öldürülmədən öncə "Piter Elçin” Moskvada bir neçə dəfə süui-qəsdlərdən xilas ola bilib. Elə qardaşı Maarifin ölümü də həmin sui-qəsd planlarından birinin parçası imiş.
İki nüfuzlu qanuni oğrunun savaşı kimi dəyərləndirilən bu qətllərin əsl sifarişçilərinin başqalarının olması ehtimalı da istisna edilmir. Kriminal aləmdə söz sahibi olan iki nüfuzlu avtoritetdən birinin ölümü və ya onlar arasındakı savaş kimlərinsə marağında olmaya bilərmi?
Düzdür, ilk baxışdan hadisələri- Fariz İsmayılovun döyülməsi, Amil Lənkəranskinin, Maarif İsmayılovun, Rövşən Lənkərəranskinin və ardınca Fariz İsamyılovun qətlə yetirilməsi ardıcıllığı ilə sadaladıqda qan davası düşüncəsi formalaşmamış deyil.

Digər bir tərəfdən isə bu qətl "oğru dünyası”nın qanunlarına da zidd idi. Çünki hansısa bir "qanuni oğru”nun əməlinə görə onun kriminal aləmlə yaxınlığı, bağlığı olmayan yaxınlarının, ailə üzvlərinin öldürülməsi və ya cəzalandırılması "oğru dünyası”nda qəbuledilməzdir.
"Piter Elçin”in digər qardaşı 1979-cu il təvəllüdlü Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadə tərəfindən qətlə yetirildi. Murad Quluzadə könüllü olaraq polisə təslim olub və qətli qisas məqsədli ilə törətdiyini də etiraf edib.

Məlum olub ki, Murad Quluzadə 2012-ci ildə Moskvada "Piter Elçin”in adamları tərəfindən qətlə yetirilən kriminal avtoritet Amil Lənkəranskinin əmisi oğludur. Amilin qisasını aldığını deyən Murad Quluzadənin atası Əfqan Quluzadənin isə mərhum Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sürücüsü olduğu bildirilir.
İsmayılovların əmisi oğlu Samid Bağırov musavat.com-a danışarkən deyib ki, hər iki qardaşın qətlə yetirilməsi onlar üçün gözlənilməz olub.
O, deyir ki, hər iki qardaş kriminal aləmdən uzaq insan olduqları halda qanlı hesablaşmaların qurbanı olublar: "Onlar ticarətlə məşğul olub. Hər ikisinin kriminal aləmlə əlaqəsinin olmadığı hər kəsə məlum idi. Maarif meyvə-tərəvəz bazarında öldürüldü. Fariz isə 2012-ci ildən Azərbaycanda idi. Hər ikisi öz işləri ilə məşğul idi. Fariz Lənkəranda özünün və qardaşlarının ailəsinə baxırdı. Bu qətlləri isə "Piter Elçin”lə düşmənçiliyi olan şəxslər sifariş verib. Ona yaxın düşə bilməyənlər qardaşlarını öldürdülər. Bu qətli törədənlər də, sifariş verənlər də bilir ki, Maarif və Fariz kriminal aləmdən uzaq insanlar idi. Qardaşları Elçin onların heç birini kriminal aləmə yaxın buraxmırdı. Farizi də özü kəndə göndərmişdi".
Qeyd edək ki, Maarif və Fariz İsmayılov qardaşları doğulduqları kənddə eyni məzarlıqda dəfn ediblər. Qətlə yetirilən hər iki qardaş ailəli idi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi