16-02-2017 [18:54]
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 16-da Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, qonağı salamlayan nazir Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əlaqələrin mövcud olduğunu, bu əməkdaşlıq çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması üzrə həyata keçirilən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.
O deyib ki, ölkəmiz hələ Avropa Şurasının üzvü olmazdan əvvəl, ötən əsrin 90-cı illərinin sonlarında Avropanın qabaqcıl ölkələrindən, mötəbər beynəlxalq təşkilatlardan olan ekspertlərin yaxından iştirakı ilə polisin fəaliyyətini tənzimləyən, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının prioritet təşkil etdiyi bir sıra yeni qanunvericilik aktları qəbul edilib, onların tətbiqi sahəsində müsbət təcrübə əldə olunub, Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə, o cümlədən konvensiyalara qoşulub.
Ramil Usubov qonaqların nəzərinə çatdırıb ki, ölkəmiz Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu faydalı işbirliyinin davamlı inkişafında maraqlıdır.
Nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə DİN-də Xüsusi Tədbirlər planlarının hazırlanıb icraya yönəldiyini də diqqətə çatdırıb.
Daxili işlər orqanlarının şəxsi heyətinin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində məqsədyönlü və sistemli iş aparılmasını, son 5 ildə insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərə 2500-ə yaxın əməkdaşın cəlb olunduğunu qeyd edib.
Qonaqların nəzərinə o da çatdırılıb ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Ötən ilin mart ayının sonunda cənab Mikola Qnatovskinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı polis orqanlarının müvəqqəti saxlama yerlərində monitorinq keçirdiyini xatırladan nazir saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar verilmiş tövsiyələrin nəzərə alınmasını Daxil İşlər Nazirliyi ilə Avropa Şurasının müvafiq strukturları arasında səmərəli əməkdaşlığın növbəti əyani təzahürü kimi dəyərləndirərək, bu istiqamətdə görülmüş işlərdən danışıb. Ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması sahəsində də zəruri tədbirlərin görüldüyü, o cümlədən müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunduğu, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin həmin yerlərdə azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Nazir respublikada ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində digər dövlət orqanları ilə bərabər, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində də zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Həmçinin, cəmiyyətdə polisin nüfuzuna və işgüzar imicinə xələl gətirməkdə maraqlı olan bəzi şəxslərin bu mövzuda ictimai rəyi çaşdırmağa yönəlmiş cəhdləri, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qərəzli olaraq əsassız və qeyri-obyektiv müraciətlər ünvanlamaları təəssüflə qeyd olunub.
Cənab Mikola Qnatovski səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, rəhbərlik etdiyi qurum tərəfindən ötən il həyata keçirilmiş monitorinq zamanı aşkarlanan çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasından, verilən tövsiyələrin nəzərə alınmasından, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına Nazirliyin rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşmasından məmnunluğunu ifadə edib, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi