"Barselona" darmadağın edildi... - Çempionlar Liqası

img

15-02-2017 [10:55]


Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatıb. 

İlk oyun günündə iki qarşılaşma baş tutub. Qrup mərhələsinə məğlub olmayan PSJ "Barselona" ilə qarşılaşıb. 

Doğma meydanda rəqibini darmadağın edən parislilər 4:0 hesablı tarixi qələbəyə imza atıblar. Di Mariyanın dubl etdiyi oyunda Draksler və Kavani hərəyə bir dəfə fərqləniblər.
 
Günün digər matçında "Benfika” ilə Dortmund "Borussiya”sı üz-üzə gəliblər. Portuqaliya çempionatının lideri güclü rəqibi qarşısında minimalhesablı qələbə qazanıb. Mitroğlunun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. "Borussiya"da isə Obameyanq penaltidən yararlana bilməyib.  
 
14 fevral
"Benfika” (Portuqaliya) – "Borussiya” (Dortmund, Almaniya) - 1:0
Qol: Mitroğlu, 48
Baş hakim: Nikola Ritsoli (İtaliya)
 
PSJ (Fransa) – "Barselona” (İspaniya) - 4:0
Qollar: Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71
Baş hakim: Şimon Marçinyak (Polşa)

Apasport

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA