“Qalatasaray”da yeni baş məşqçisinin adı məlum oldu - Müqavilə

img

14-02-2017 [15:37]


Türkiyənin "Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, "Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında "Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.
 
Qərardan dərhal sonra yeni məşqçi axtarışına başlayan rəhbərlik "Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudorun namizədliyi üzərində dayanıb. İ. Tudorun meneceri ilə aparılan danışıqlar zamanı razılıq əldə edilib. "Qalatasaray”ın İ. Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
 
Qeyd edək ki, hələlik klub rəhbərliyi baş məşqçi dəyişikliyi barədə rəsmi açıqlama verməyib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA