14-02-2017 [13:08]
Yanvarın sonu, fevralın əvvəlində sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycandakı sərgüzəştləri ilə bağlı bir xeyli foto və videolar yer alıb.
Görüntüləri tənqid edənlər də çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlama verib ki, təkcə bu ov mövsümündə 16 ərəb turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib. Nazirliyin təqdimatı əsasında onlar ölkədən xaric edilib.
Azadlıq Radiosunun bu haqda hazırladığı reportajda bildirilir ki, ərəb turistlərin Azərbaycana ova gəlməsinə qarşı çıxanlar da var, əksinə buna şərait yaratmağın zəruri olduğunu söyləyənlər də.
Ovçu Şahin Hacıyev hesab edir ki, Azərbaycana ov üçün gələn, özəlliklə də ərəb turistlərə nəzarəti artırmaq lazımdır: "Xaricdən gələn ovçuların əksəriyyəti imkanlı, zəngin adamlardır. Xüsusilə də ərəblər. Onlar üçün qaydalar xeyli yumşaldılır. Bunun da müxtəlif səbəbləri var. Birincisi odur ki, ovçuluq turizmi də inhisardadır. Azərbaycanda bu işlə məşğul olan bir neçə şirkət var, onlar da oliqarxlarla bağlılığı var”.
Şahin Hacıyev deyir ki, Azərbaycanda dağlıq kəkliyi ovunun qiyməti 5 min avrodur. Bu pulu verib ov edənlər də özlərini sərbəst hiss edir. Ürəkləri necə istəsə, elə də davranırlar.
Ekoloqları bir sual düşündürür: Turistlər hansı heyvanları ovlayırlar? Ov zamanı kvota, mövsüm gözlənilirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 10-da yaydığı rəsmi açıqlamada deyilir ki, yayılan video və fotoların təhlili göstərir ki, ovlanan heyvanlar və quşlar arasında Azərbaycanın "Qırmızı Kitab”ına düşən növlər yoxdur.
O ki qaldı kvotaya, nazirlik bildirir ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən yerli şirkətlərə müraciət əsasında qanunvericiliyə uyğun kvota ayırır: "Yerli ovçulara 1 ov günü ərzində 6-dək, xaricilərə 5 ov günündə 10-dək su-bataqlıq quşunu ovlamağa icazə var. Yerli ovçular 1 baş, xarici ovçular 2 baş dovşan ovlaya bilər. Xarici ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayırlar. İnzibati ölçü götürülməsi üçün ciddi araşdırma tələb olunur".
Nazirlik onu da qeyd edir ki, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti araşdırılır. Turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsın. Qaydaları pozan ovçu-turistləri gətirən şirkətlərlə əməkdaşlıq dayandırılacaq.
Uzun illər ovçuluqla məşğul olan Şahin Hacıyev düşünür ki, bu problemin çözümü sadədir. Ovçular Cəmiyyəti bərpa olunmalı, inhisar aradan qaldırılmaldır:
"Əvvəllər Azərbaycanda da ovçuluq təsərrüfatı vardı. Bu təsərrüfatlar quşların, digər heyvanların qorunması, onların çoxaldılmasına çalışırdılar. İndi Azərbaycanda bu təsərrüfatlar ölüb. Ekologiya Nazirliyi alıb onları, əvəzində də hər hansı iş görmür. Yəni heyvan ovlanır, onların əvəzinə çoxalmır, bu da heyvanların məhvi ilə nəticələnə bilər. Problemin həlli üçün Ovçular Cəmiyyətinə imkan yaradılmalıdır ki, onlar heyvanları həm qorusun, həm təbii artımını təmin etsin. Yoxsa, hinduşka deyil ki, ferma yaradıb onları artırasan. Heyvanların təbii artımını təmin etmək lazımdır".
Şahin Hacıyev deyir ki, bir çox Pribaltika ölkələri, Macarıstan, Bolqarıstan illərdir bu təcrübədən yararlanır. Ovçular cəmiyyəti ovlanan heyvanların təbii artımına da imkan yaradır.
Mia.az Azadlıq radiosunun mövzu ilə bağlı Saatlı və Sabirabaddan hazırladığı video-reportajı da təqdim edir:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi