Məcburi köçkünün 400 manatlıq limiti silindi - "Azərişıq"dan narazılıq (Fotofakt)

img

13-02-2017 [11:45]


Cəbrayıl rayonun məcburi köçkün, Qarabağ müharibəsi veteranı Vaqif Əliyev qənaət olunan "işıq pulları"nın silinməsi ilə bağlı müraciət edib. 

Mia.az-a daxil olan müraciəti təqdim edirik: 

"Hörmətli redaksiya, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri hörmətli Tanrıverdi müəllim məcburi köçkünlərin işıq pullarının silinməsinə aydınlıq gətirərək, belə bir halın mövcud olmadığını bildirmişdir.

Sizə təqdim etdiyim "Azərişıq" tərəfindən mənə göndərilmiş bildirişlərdə açıq görünür ki, heç bir qanuni əsas olmadan dövlət tərəfindən mənim qənaətlə işlətdiyim 399.96 manat silinmiş yanvar ayı üçün 70.83 manat borc göstərilmişdir. 

Ümid edirəm ki,"Azərişıq"-ın rəhbərliyi və onun mətbuat xidmətinin rəhbəri çox hörmətli Tanrıverdi müəllim bu məsələyə aydınıq gətirəcək. Bilmək istəyirəm ki, hansı sərəncam və məktuba əsasən, mənim kimi minlərlə məcburi köçkünün pulları silinmişdir? Ailəm 3 nəfərdən ibarətdir, hər ay dövlət 450 kvts enerjinin pulunu "Azərişıq"a ödəyib.

Bu qanunsuz göstərişi verənlər və onu icra edənlər dövlət qarşısında məsuliyyətlərini dərk edirlərmi? Məcburi köçkünləri dövlətdən narazı salmaqda məqsədləri nədir?".



 Hörmətlə: Cəbrayıl rayonun məcburi köçkün, Qarabağ müharibəsi veteranı Vaqif Əliyev.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA