Türkiyə UEFA çempionatına ev sahibliyi edəcək? - Ridvan Dilməndən açıqlama

img

10-02-2017 [23:55]


Türkiyə Futbol Federasiyası (TFF) "Avro-2024"ə – Avropa futbol çempionatına ev sahibliyi üçün hərəkətə keçib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur futbol şərhçisi Ridvan Dilmən "NTVspor"da açıqlama verib.

Onun sözlərinə görə, TFF artıq rəsmi iddiasını ortaya qoyub və bu istiqamətdə bütün gücü ilə indidən fəaliyyətə başlayıb.

Xatırladaq ki, TFF "Avro-2016"nın da Türkiyədə keçirilməsinə iddialı olmuşdu. Lakin həmin il bir səslə bu istəyinə nail ola bilməmişdi. Bu dəfə isə Türkiyənin şansının daha çox olduğu bildirilir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA