10-02-2017 [17:25]
Bu gün AMEA Naxçıvan Bölməsində Gülüstan türbəsi kitabının təqdimat mərasimi keçirilib.
Bölmədən Mia.az-a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, bu bölgənin tarixinin öyrənilməsi, qaranlıq səhifələrin işıqlandırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Bildirib ki, muxtar respublikada qədim yaşayış yerləri, tаriхi-memаrlıq аbidələ qeydə аlınır, mövcud olan abidələrdə tədqiqatlar aparılır, məlum olmayan abidələr üzə çıxarılaraq tədqiq edilir. Günümüzə gəlib çatan abidələr içərsində türbələrin özünəməxsus yeri olduğunu söyləyən İsmayıl Hacıyev bildirib ki, bu tarixi türbələrdən biri də XII əsr memarlığının gözəl və təkrarolunmaz nümunəsi – Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa edilib. Gülüstan türbəsi muxtar respublika sakinləri ilə yanaşı, diyarımıza gələn xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanır və regiona gələn turistlərin böyük marağına səbəb olur.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirilib ki, bütün sahələrdə uğurlu yol keçən muxtar respublikada irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılıb, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğı atrırılıb. Qeyd olunub ki, genişmiqyaslı quruculuq tədbirləri bölgədə mövcud olan memarlıq abidələrimizi də əhatə edib. Müstəqillik illərinə qədər qorunmayan, təbliğ edilməyən tarixi abidələrimizdə son illər aparılan bərpa və təmir işləri bu sənət əsərlərinin uçub-dağılmaq təhlükəsindən xilas edib. Bu abidələr içərisində Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biri olan Gülüstan türbəsidə var. Türbədə bərpa işləri aparılaraq tarixliyi saxlanılmaqla əzəli görkəmi özünə qaytarılıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixi Sərəncamına əsasən muxtar respublika ərazisində tarix və mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə 3 dildə (Azərbaycan, ingilis rus) nəşr olunan Gülüstan türbəsi kitabı tariximizin, mədəniyyətimizin təbliği sahəsində görülən işlərə dəyərli töhfədir. Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin türbənin bərpası ilə bağlı imzaladığı sərəncamın mətni, türbənin tarixi, memarlıq xüsusiyyətləri, onun ətrafında tarix-memarlıq abidələri haqqında məlumatlar, eyni zamanda türbənin bərpadan əvvəl və bərpadan sonrakı çəkilmiş fotoşəkilləri yer alıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək tariximizin təbliğinin vacibliyindən, ictimaiyyətə təqdim olunan nəşrin əhəmiyyətindən bəhs ediblər.
Sonda akademik İsmayıl Hacıyev elm xadimləri adından tariximizin hərtərəfli araşdırılmasına, ərazidəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliğinə göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin sədrinə minnətdarlığını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi