“Qazı gedib “Qaçqınkom”dan istəsinlər” – Əkbər Hacıyevdən açıqlama

img

09-02-2017 [12:40]


Məcburi köçkünlərin üzləşdiyi qaz problem ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin fikirlərini öyrənmək istədik. O, qısa açıqlama verərək məsələyə aydınlıq gətirdi.

Onunla unikal.org-un əməkdaşı arasında olan qısa dialoqu olduğu kimi təqdim edirik:

-Salam Əkbər müəllim.

-Salam.

-Unikal.org saytından narahat edirik.

-Başa düşmürsünüz ki, mən mətbuata danışmıram?...

-Bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılıcaq? Planda varmı?

-Məcburi köçkünlər qazı gedib "Qaçqınkom”dan istəsin. Biz özbaşımıza qaz çəkmirik.

-Qazı "Qaçqınkom”çəkməlidir?

-Bəli sifarişçi onlardır.

Əkbər Hacıyev digər sualımızı dinləmədən telefonu söndürdü.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA