Rəsul Çunayev və İlham Zəkiyev səfir oldu - SİYAHI

img

08-02-2017 [11:37]


Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb.

Mia.az-ın "Report"a istinadən məlumatına görə, onları Oyunların Əməliyyat Komitəsi bir araya gətirib. Ulduz səfirlər müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmovdur.

İdmançı səfirlər olaraq Azərbaycanı Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayeva (boks) təmsil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA