Prezident İlham Əliyevdən xalq artisti ilə bağlı – Sərəncam

img

07-02-2017 [18:07]


Prezident İlham Əliyev Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin anadan olmasının 100 illiyinin tamam olması ilə bağlı bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və nailiyyətlərinin təbliği sahəsində mühüm xidmətlər göstərmiş görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Tofiq Quliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA