06-02-2017 [19:14]
Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin Yol Patrul Xidməti alayları əməkdaşlarının sıra baxışını keçirib.
Mia.az xəbər verir ki, Əlahiddə Çevik Polis Alayında keçirilən, kurator nazir müavininin, DİN-in aidiyyəti Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir yol patrul xidməti əməkdaşlarının düzüldükləri ayrı-ayrı kalonların önündən keçərək onların zahiri görkəmi, fiziki və peşə hazırlığının vəziyyəti ilə maraqlanıb.
O, tələb olunan parametrlərə uyğun gəlməyən bəzi əməkdaşların qısa müddətdə öz fiziki hazırlıqlıqlarını və peşəkarlıqlarını artırmalarını, göstərilən nöqsan və çatışmazlıqları aradan qaldırmalarını tələb edib, irad və tövsiyələrini bildirib, ümumən, sıra baxışının nəticələrindən razı qaldığını deyib.
Sonra əməkdaşlar qarşısında çıxış edən cənab Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin parlaq gələcəyinin yüksək biliyə, geniş dünyagörüşə və işgüzarlığa malik vətənpərvər gənclərlə bağlı olduğunu dəfələrlə vurğuladığını, dövlət gənclər siyasətinə uyğun olaraq onların bacarığına, peşəkarlığına, dövlətçiliyə sədaqətlərinə görə irəli çəkilmələrinin ölkə və DİN rəhbərliyinin fəaliyyətində ən ümdə istiqamətlərdən biri olduğunu xatırladaraq son illər yüzlərlə belə gəncin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında daxili işlər orqanlarında, həmçinin DYP sıralarına xidmətə qəbul olunduqlarını xüsusi qeyd edib.
Ümumilikdə polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran daxili işlər naziri xüsusən əhali ilə ən çox təmasda olan yol patrul xidməti əməkdaşlarının insanlara həssas münasibətinin, diqqət və qayğısının həmişə minnətdarlıqla qarşılandığını, belə nümunəvi rəftarın polisin nüfuzunu daha da yüksəltdiyini vurğulayıb, onlar tərəfindən hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməsinin, törədilmiş inzibati xətanın yarada biləcəyi mənfi nəticələrin sürücülərə izah olunmasının zəruriliyini bildirib.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edən nazir Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın qanunla müəyyən edilmiş vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, xalqa, Vətənə ləyaqətlə xidmət etməli olduğunu vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi